Səudiyyə Ərəbistanının əl-Qəsim vilayətində əl-Bəridə şəhəri etiraz aksiyasının şahidi olub.
Bu aksiya səudiyyə hərbçilərinin bir qrup ərəbistanlı qadını həbs etməsinə etiraz olaraq keçirilib.
Bu aksiya iştirakçıları şüarlar səsləndirərək daxili işlər naziri Məhəmməd Bin Naifin vəzifəsindən kənarlaşdırılmasını tələb ediblər.
Aksiyaçılar həbs olunan qadınların günahsız olduğunu vurğulayaraq onların azadlığını tələb ediblər.
Ərəbistanın müxtəlif şəhərləri məhbus qadınların azadlığı üçün etiraz aksiyalarının şahididir.