DünyaXƏBƏRLƏR

Ərəbistanda hökumətə qarşı aksiyalara çağırış olunub

Ərəbistanda “1 milyon səudiyyəli” hərəkatı bir bəyanat verərək bu ölkə xalqından istəyib ki, Ərəbistanın müxtəlif bölgələrində alınmış haqlarını tələb etmək üçün 18 oktyabrda irimiqyaslı aksiya keçirsin.

“1 milyon səudiyyəli” hərəkatı bildirib: bu aksiyalar Məkkə, Mədinə, Ər-Riyad, Ciddə, Dəmam, qəsim, Təbuk, Hail, Ərər, Cuf, əl-Bahə, Əsir və Nəcran şəhərlərində keçiriləcək.

Bu hərəkat bəyanatında əlavə edib: 18 oktyabr aksiyaların dinc xarakterlidir və müstəbidliyə, zülmə, ictimai əmlakı oğurlamağa, insani dəyərlərin tapdalanmasına və vətəndaşların on illərlə mühakiməsiz həbs olunmasına etiraz istiqamətindədir.

“1 milyon səudiyyəli” hərəkatı Ərəbistanın saray alimlərinə xitabən bildirib: Vətəndaşların haqqı vardır ki, ölkə rəsmilərinə etiraz və onları aludə olduqları korrupsiyadan agah etsinlər.

Bir müddət öncə bir qrup Ərəbistan gənci öz milli hüququnu müdafiə etmək istiqamətində müxaliflərin “1 milyon səudiyyəli” adlı yeni hərəkatını təşkil edib.

Ərəbistanda dinc etirazlar 2011-ci ilin noyabrından başlayıb. Lakin Ali-Səud rejimi təhlükəsizlik qüvvələri bu ölkənin şərqində yerləşən Qətif şəhərində etirazçılara doğru atəş açaraq 5 nəfəri qətlə yetiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu