Ərəbistanı büdcə açığını bağlamaq üçün yeni qərar alır
Səudiyyə Ərəbistanının büdcə açığını bağlamaq üçün bu ölkədə olan xarici işçilərə vergi gətirəcəyi bildirilir.
IRNA’nın xəbərinə görə, neft qiymətlərinin düşməsi və Yəmənə hücum və digər bölgələrdə terroristlərə maliyyə və hərbi dəstəklərini görə ciddi olaraq büdcə kəsiri yaşayan Ərəbistanının, bu ölkədə çalışan xarici işçilərə vergi gətirəcəyi bildirildi.
Səudiyyə rejiminin bu cəhdin tətbiqə keçməsi halında bu ölkədə olan 9 milyon xarici işçinin mənfi istiqamətdə təsirlənəcəyi bildirilir.
Bu qərarın, Ərəbistanı vəliəhdi Məhəmməd Bin Səlmanın cəhdi olduğu bildirilərkən, Səudiyyə rejiminin terroristlərə hər cür dəstək verməsi, neft qiymətlərinin düşməsi isə Ərəbistanını iqtisadi baxımdan çətin bir vəziyyətlə qarşı-qarşıya qoydu.
Ərəbistanının keçən il büdcə kəsiri 98 milyard dollar olaraq açıqlanarkən bu ilki büdcə açığının isə 137 milyard dollar olması təxmin edilir.