AzərbaycanXƏBƏRLƏR

Əli Həsənov Şeyxi belə vurdu

Əli Həsənov Qafqaz Müsəlmanları İdarəsini missionerliyin artmasında ittiham edib.

Martın 7-də Bakıda Mətbuat Şurasının təşkilatçılığı ilə “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” konfransı Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov,ilk baxışdan Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) münasibətdə “xoşgörü” göstərməyə çalışsa da, faktiki olaraq Allahşükür Paşazadənin başçılıq etdiyi strukturu ölkədə missionerliyin və zərərli dini təsirlərin artmasında ittiham edib, bu proseslərdə həlledici amillərdən biri kimi QMİ-nin tabeçiliyində olan din xadimlərinin səriştəsizlik və savadsızlığını göstərib.

“Azərbaycanda dini ayinləri həyata keçirən imamlarımızın, axundlarımızın, mollalarımızın səviyyəsini yüksəltməliyik. Eyni zamanda biz düşünürük ki, onların dünyəvi biliklərini artıraq Azərbaycanın tarixi, din tarixi ilə, adət-ənənələri ilə bağlı, Azərbaycan dövlətinin yürütdüyü siyasətlə, qonşularımızla, dünyada baş verən proseslərlə bağlı onların biliklərinin artırılması vacibdir. ” – deyə Administrasiyanın baş ideoloqu sanki QMİ-də islahatlara başlayacağı haqda planlarını açıqlayıb.

Sözügedən tədbirdə iştirak edən əməkdaşımızın sözlərinə görə, Əli Həsənovun qeyd olunan tərzdə çıxış etməsi zalda əyləşən QMİ nümayəndəsinin qəzəblənməsinə səbəb olub. Məhz bu faktı nəzərə alan təşkilatçılar QMİ rəsmisinin şöbə müdirinə sərt cavab verəcəyindən ehtiyatlanaraq ona söz verməyiblər.

ekspert şərqşünas Vüsal Hətəmov məsələ ilə bağlı Xeberlent.az saytına bunları dedi: “Əli Həsənovun çıxışı əslində arxadan atılan daşdır. Onun QMİ-ni ittiham etməsi nonsensdir. Ə.Həsənov unutmamalıdır ki, dini sahəyə nəzarət bilavasitə məhz ona tapşırılmışdı və onun nəzarətində idi. Əgər QMİ günahkardırsa, Həsənovun günahı daha böyük olmalıdır. Çünki dini sahə uzun illərdir onun nəzarətində olduğu və bu müddətdə çatışmazlıqları gördüyü halda buna bilərəkdən göz yumub. İndiki çıxışının səbəbi isə Prezidentin Kamal Abdullanı dini məsələlər üzrə dövlət müşaviri təyin etməsi və dini sahəyə nəzarəti ona verməsindən irəli gəlir”.

Ekspertin fikrincə, tədbirdəki çıxışı ilə Əli Həsənov “mən varam və olacam” ismarıcını çatdırmaq istəyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu