SuriyaXƏBƏRLƏR

Putin: Qərblilər uzun müddət öncə üsyançıları silahlandırmağa başlamışdılar

Rusiya prezidenti bildirib ki, suriyalı üsyançıların silahlandırılması hazırkı zamana aid deyil və qərb ölkələri bu hərəkətə uzun müddət öncədən başlayıblar.

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi toplantıda deyib: Ən azı 600 rus və avropalı üsyançıların kənarında Bəşşar Əsəd qüvvələri ilə döyüşür.

O həmçinin əlavə edib: Bəşşar Əsəd Suriya xalqı ilə mübarizə aparmır. O, xarici terrorçularla döyüşür.

Amerikanın Nyu-York Times qəzetinin cari il mart ayının sonlarında verdiyi bir məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsi 3500 ton silahlın Suriya müxaliflərinə göndərilməsinə dəstək verib.

Dəməşq bildirir ki, qərb və onun regionla müttəfiqləri, o cümlədən Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə üsyançıları dəstəkləyir.

Suriya prezidenti Bəşşar Əsəd deyir ki, dünyanın 29 ölkəsindən yaraqlılar Suriyanın müxtəlif bölgələrində bu ölkə hökumətinə qarşı döyüşürlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu