Dünya

İran prezidenti: Diplomatiyada elm və imkanlarımızın yol verdiyi addımları atmalıyıq

İran prezidenti: Diplomatiyada elm və imkanlarımızın yol verdiyi addımları atmalıyıq

İran prezidenti bildirib ki, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri anlaşma memorandumu yolunu seçməyin zəruri olduğunu qəbul ediblər. O qeyd edib ki, İmam Müctəba Xamenei də mövqeyinin bu istiqamətdə olmadığını bildirməsinə baxmayaraq, bunu qəbul edib.

“Biz İmam Müctəba Xameneinin mövqeyinin nə olduğunu bilirdik. Lakin diplomatiya sahəsində elmimiz və imkanlarımızın yol verdiyi addımları atmalıyıq”, – deyə İran prezidenti vurğulayıb.