Sabah Məhərrəm ayı qanın qılınca qələbə çaldığı aydır.
Hüseyn aşiqləri dünyanın hər bir yerində azadlıq və zülmdən xilası məşq etməyə hazırlaşırlar. Hər yer əzadarlıq əlaməti olaraq qara olur.
Məhərrəm ayının gəlişi ərəfəsində İmam Rzanın (ə) pak hərəminin günbəzinin bayrağı dəyişdirilərək qara bayraq ucaldılıb.
Hər ilin adət-ənənəsinə uyğun olaraq bir mərasimdə İmam Rza (ə) hərəminin bayrağı Məhərrəm ayında dəyişdirilir və qara rəngli bayraq ucaldılır. Bu bayraq 3 rəbiüləvvələ – İmam Rzanın (ə) şəhadətindən 3 gün sonraya – qədər İmam Rzanın (ə) pak hərəminin günbəzində dalğalanır.
