İranın tanınmış şairi Saib Təbrizi və Əxlaq Şeri Milli Konfransı ötən gecə Tehranın Vəhdət sarayında keçirilib.
Bu məlumata görə, İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni “Saib Təbrizi və Əxlaq Şeri” Konfransında Saib Təbrizindən şer oxuyaraq deyib: Saib Təbrizin pak torpağındandır. Saib ictimai simaya malikdir. İnsanlarla ünsiyyətdə idi. Elə buna görə insanlar və ictimaiyyətin problemləri ilə tanış idi.
“Səfəvi şahlarının tövsiyəsi dini atributlar, şiəliyin yüksəlməsi və pak Əhli-Beytin (ə) mücahidələrinin əzəmətinin canlanması, Aşura və Aşura mədəniyyətinin çiçəklənməsi idi. O dövrdə şerdə mərsiyə və əzadarlığın yüksək yeri var idi” –deyə Hüseyni bildirib.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin sədri Höccətülislam Məhəmməd Gülpayqani bu mərasimdə şeri iranlıların həyatında önəmli və dəyərli adlandırıb və əlavə edib: Hind yarımadasında fars dili genişlənmişdi və bizim şairlərimizdən oraya köçürdülər. Buna görə ki, orada şairə yüksək qiymət verilirdi. Hətta bəzən şairi tərəzinin bir gözünə qoyub onun ağırlığında ona qızıl verirdilər. Qədim fars dili də saray dili idi. Lakin müstəmləkəçiliyin atası İngiltərə gəldi və Hindistanı işğal etməklə islam və fars dilinə qarşı olan xəbisliklərindən birini yəni bu dilin devrilişini həyata keçirdi.
Saib Təbrizi Milli Konfransının katibi Höccətülislam Məhəmməd Zamani etdiyi çıxışında deyib: Saibin əxlaq şerləri bu gün məsəllər formasında dillər əzbəri olub. Saibin bütün əşya və təbiətdən söz açdığı üçün onun əxlaq maarifi ilə tam tanış və bəyan etməkdə məharətli olduğunu göstərir.
Bu mərasimdə Hindistandan Əziz Mehdi Həzrət Zəhra (s.ə) üçün şer oxudu və tədbirin davamında Saib Təbrizinin həyatı və İslam İnqilabının Böyük Rəhbərinin əlaqədar çıxışı ilə bağlı video-çarx yayımlanıb.
Təhqiqatçı, yazar Məhəmməd Rza Səngəri bu mərasimdə deyib: Kədər, sevinc Saib şerində insanın ziddiyyətli halları kimi müşahidə olunur. Bu məsələ səbəb olur ki, Saib şerində özümüzü tapaq.
Səfəvilər dövrünün şairi Mirzə Məhəmməd Əli Saib Təbrizi 1000-ci hicri qəməri ilə İsfahanda (bir rəvayətə görə Təbrizdə) dünyaya göz açıb. Gənclik dövründə o dövrün əksər şairləri kimi Hindistana getdi və Şah Cahanın sarayında yaxınlardan oldu. 1042-ci hicri qəməri ilə Keşmirə getdi. Oradan İrana qayıtdı və 2-ci Şah Abbas sarayında məliküş-şüəra oldu. Qocalıq dövründə İsfahanda Təkyə bağında yaşadı və həmişə incəsənət xadimlərinin bir qrupu onun ətrafına toplaşırdı. O 1080-ci hicri qəməri ilə vəfat etdi və elə həmin məkanda “Zayəndərud” çayının kənarında Təkyə bağında dəfn olundu.

