Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq günlə eyni zamanda bu gün Tehranda və İranın 16 ostanında mərasimlər təşkil edilərək, aşkarlanmış 100 tondan çox narkotik maddə yandırılaraq, məhv edilib.
İran Polisinin sədr əvəzi Əhmədrza Radan Narkotik Maddələri ilə Mübarizə üzrə Beynəlxalq Gün mərasimində çıxışı zamanı narkotiklərlə mübarizənin beynəlxalq bir mövzu olduğunu bildirərək, deyib: Hal Hazırda Əfqanıstan ölkəsi dünyada ən böyük narkotik maddələr istehsalçısıdır. Amma beynəlxalq ictimaiyyət narkotik maddələrlə mübarizə uğrunda heç bir hərəkət həyata keçirmir. Hazırda yalnız İran narkotik maddələrlə mübarizə yolunda əzmkarlıqla addımlayır.
Narkotik maddələr mövzusunun üçüncü ən böyük beynəlxalq hədə olduğunu bildirən Radan sonra deyib: Beynəlxalq ictimaiyyət bəyanatlar vermək yerinə, narkotik maddələrin zərərlərinin qarşısını almaq uğrunda proqramlar həyata keçirməlidir.
İran Polisinin sədr əvəzi sonra deyib: Əgər İranın əzmkarlığı olmasa idi, Avropa ölkələri hal hazırda özlərinin narkoman gənclərini küçələrdən toplamalı olacağiyidilar.
Radan deyib: Biz sərhədlərə tam nəzarət üçün minlərlə dollar xərcləmişik və narkotiklərlə mübarizə uğrunda can və malımızı fəda edirik. Amma başqa ölkələr bu sahədə çox az fəaliyyət göstərirlər.
Qeyd etmək lazımdır ki, İran narkotik maddələrlə mübarizə yolunda 3 min nəfərdən çox şəhid verib. Bu yolda isə 12 mindən çox iranlı hərbçi əlil olub.