ABŞ Yaponiya və Avropa İttifaqının 10 ölkəsini əlavə 6 ay müddətində İran neftinə qarşı tətbiq etdiyi boykotdan maaf etmişdir.
Eyni halda ABŞ-ın maliyyə nazirliyi İranın neft sənayesi ilə əlaqədar 6 nəfər və 6 şirkəti İrana qarşı sanksiyalar siyahısına daxil edib.
ABŞ və Avropa İttifaqı İranın neft sənayesini boykot etməklə rəsmi Tehranı sülhsevər nüvə proqramından geri oturmağa məcbur etmək istəyirlər. ABŞ-ın dövlət katibi Con Keri iddi edib : Yaponiya son 6 ayda gözə çarpacaq dərəcədə İrandan xam neft idxal etməyini azaltmışdır. Keri həmçinin elan edib ki, ABŞ boykotlarından maaf edilən Avropa İttifaqına üzv olan 10 ölkə ötən il iyul ayından etibarən İrandan neft almayıblar.
