Suriya ordusunun qüvvələri çoxlu sayda terrorçunu həlak ediblər.
Ərəbistan, Misir, İordaniya və Livandan olan Əl-Nəsrə cəbhəsinə asılı terrorçu bir qrupunun bütün üzvləri Suriya ordusunun Dəra vilayətində həyata keçirdiyi əməliyyat nəticəsində həlak ediliblər.
Suriya qüvvələri həmçinin bu əməliyyatda hərbi sursat və silahlar kəşf ediblər.
Suriyanın cənubu Rif-Dəməşqdə də bu ölkə ordusu şərqi Ğutə ərazilərində Deyr Süleyman məntəqəsini nəzarətə keçirərək önləməkdədir.
Suriya ordusunun Deyr Süleyman məntəqəsində kəşf etdiyi mina və bombaların hamısı İsrail istehsalıdır. Suriyadan olan digər bir xəbərdə BMT baş katibinin humanitar işər üzrə müavini Valeri Amus bu təşkilat işçilərindən olan 11 nəfərin Suriyada həlak olduğunun xəbərini verib ki onlardan çoxu Suriya vətəndaşı olmuşdur. Valeri Amos bu işçilərin həlak olduğu zaman və məkana işarə etməyərək söyləyib: Suriya əhalisinin 3-də birindən çoxu humanitar yardımlara ehtiyaclıdırlar.