SuriyaXƏBƏRLƏR

MKİ Suriya terrorçularına silah göndərməkdə əsaslı rolu oynayır

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ Suriyada silahlı müxaliflərə silahların göndərilməsində əsaslı rolu oynayır.

Floridanın Atlantik Universitetinin müəllimi Ceyms Terisi deyib: ABŞ-ın silah-sursat köməkləri bir neçə ölkə vasitəsi ilə, o cümlədən Türkiyə, Ərəbistan və Qətər vasitəsi ilə Suriya üsyançılarına çatır. Bu arada MKİ bu silahların göndərilməsində əsaslı rolu oynayır.

Bəzi hesabatlara əsasən, MKİ bu silahları İordaniya və Türkiyədə naməlum yerlərə aparıb ki, Suriyanın daxilinə qaçaqçılıqla keçirilsin.

Suriya müxalifləri “milli” şurasının sözçüsü Xalid Saleh bir açıqlamada ifşa edib ki, Suriyada xarici tərəfdən himayə olunan silahlılar ABŞ-dan çoxlu miqdarda silah-sursat köməkləri almışlar.

Deyilənlərə görə bu silahlardan Suriya ordusunu hədəfə almaq üçün tank əleyhinə və havadan müdafiə raketlərini misal göstərmək olar.

Saleh bildirib ki, yaraqlılar gələn həftələrdə ABŞ-dan daha çox köməkləri gözləyirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu