DünyaİraqSuriyaXƏBƏRLƏR

Suriya terrorçuları səhvən öz silahdaşlarının başını kəsiblər

İraq və Şamda İslam Dövləti adlı terror dəstəsinin üzvləri öz silahdaşlarından birinin başını bədənindən ayırdıqdan sonra, öz səhvlərini başa düşüblər.

 İraq və Şamda İslam Dövləti adlı terror dəstəsi bu hadisə ilə bağlı bəyanat yayaraq, öz səhvini etiraf edib.
Əl-Hələbi Hələbin Nəqrin məntəqəsində Əsəd hökumətinin tərəfdarları ilə döyüşdə yaralandıqdan sonra, müalicə olunsun deyə, terrorçular onu xəstəxanaya köçürürlər.
Lakin, yaralı olduğu üçün, sayıqlayan bu terrorçunu Əsəd tərəfdarlarından hesab edən silahdaşları, elə bu vəziyyətdə onun başını bədənindən ayırıblar. Sonra isə, səhv etdiklərini başa düşüblər.
İraq və Şamda İslam Dövləti adlı terror dəstəsi ötən iki ildə Suriyada yüzlərlə günahsız insanın başını bədənindən ayırıb ki, artıq bu çirkin rəftar bu terror dəstəsi üzvləri arasında bir adət halına çevrilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu