AsyaBəhreynDünyaXƏBƏRLƏR

12 bəhreynli gənc ömürlük həbs cəzasına məhkum edilib

Bəhreyndəki bir məhkəmə bazar günü on iki nəfəri ömürlük, iki nəfəri isə on il həbs cəzasına məhkum edib.

Əl-Bəlad-əl-Qədim və Əl-Zənc məntəqələrindən olan bu on dörd nəfər siyasi və təhlükəsizlik ittihamları ilə üzləşib.
Bəzi vaxtlar hətta əlli bir il həbs cəzasınadək məhkum edilən bəhreynli etirazçıların barəsində çıxarılan ədalətsiz hökmlər hüquq və beynəlxalq təşkilatların etirazları ilə üzləşibdir.
Digər tərəfdən, dünən əhalini antihökumət hərəkətlərə təşviq etmək ittihamı ilə mühakimə olunmuş Bəhreyn Milli Barışıq Cəmiyyətinin baş katibinin siyasi məsələlər üzrə müavini- Xəlil Əl-Mərzuqun məhkəmə iclasında şahidlərin beşi bütün ittihamları inkar edib.
Beləliklə, məhkəmənin növbəti iclası mayın iyirmi ikisinə saxlanılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu