DünyaLivanXƏBƏRLƏR

İki milyon suriyalı didərgin düşüb

BMT suriyalı didərginlərin sayını təqribən iki milyon nəfər elan edib.

BMT-nin Didərginlərin Məsələləri üzrə Komissarlığı bir hesabatda bildirib ki, Suriya böhranının başlanmasından bəri terrorçuların bu ölkə ordusu ilə döyüşləri nəticəsində bir milyon doqquz yüz on bir min iki yüz səksən iki nəfər didərgin düşərək, qonşu ölkələrə sığınıbdır.

Bu məlumata əsasən, suriyalı didərginlərin üçdə iki hissəsi Livan və İordaniya, yerdə qalanları isə Türkiyə, İraq, Misir və digər ölkələrdə məskunlaşıblar.

BMT-nin Didərginlərin Məsələləri üzrə Komissarlığı region ölkələrindəki suriyalı didərginlərin ehtiyaclarını təmin etmək üçün bir milyard səkkiz yüz əlli milyon dollara ehtiyaclıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu