İranXƏBƏRLƏR

M.Sərəfraz: Sərhədaşırı mediaya sanksiya AB-nin məntiqsizliyinin nişanəsidir.

İran İslam Respublikası Teleradio Təşkilatının sədr müavini qərb tərəfindən İran telekanallarına qarşı sanksiyaya reaksiyada bildirib: Bir mediaya sanksiya dünyada ilk dəfədir ki, baş verir və bu məsələ Avropa Birliyinin məntiqsizliyi və sərhədaşırı medianın təsiredici olduğunun göstəricisidir.

Məhəmməd Sərəfraz radio proqramlarının hazırlanması üzrə ilk festivalın qaliblərinin mükafatlandırılması mərasimində Teleradio Təşkilatının sərhədaşırı bölməsinin müavini və Press TV-nin xəbər direktoruna Avropa Birliyi tərəfindən sanksiya qoyulmasına toxunaraq xatırladıb: Bu davranış Avropa Birliyi başçılarının məntiqsizliklərinin göstəricisidir. Onlar Press TV-nin 2009-cu ildə İranda İngiltərə mediası üçün işləyən Mazyar Bəharidən 10 saniyəlik reportaj yayımlaması bəhanəsi ilə bu telekanala sanksiya və məhdudiyyət tətbiq edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu