İranın müdafiə naziri 1392-ci günəş ilinin ilk altı ayında yeni Balestik və Kruz raketlərinin təqdimatının keçiriləcəyini deyib.
General-mayor Əhməd Vəhidi Mehr İnformasiya Agentliyi ilə müsahibədə bildirib: Dəniz sahəsində bir yeni sualtı və yeni raket atan gəminin bu qüvvələrə təhvil verilməsi bu yeni layihələrdəndir.
General Vəhidi raket sahəsindəki nailiyyətlər barəsində də deyib: İran İslam Respublikasının yeni Balestik raketlrəi cari günəş ilinin birinci altı ayında istifadəyə veriləcək. Həmçinin digər layihələr o cümlədən öncəki nümunələrlə müqayisədə uzaq mənzilli bir yeni Kruz raketi və yeni bombaların təqdimatı Müdafiə Nazirliyinin gündəmindədir.
İranın müdafiə naziri qeyd edib ki, hava sahəsində yeni vertolyotlar, təyyarələr və pilotsuz təyyarələr başqa layihələrlə birlikdə istifadəyə veriləcəkdir.
