Rusiya rəsmiləri Quran-Kərim tərcüməsindən istifadənin edilməsinə qoyulan məhdudiyyətlərinin götürülməsini təsdiqləyiblər.
World Bulletin internet xəbər portalının məlumatına görə , bu xəbər Rusiya müsəlmanlarının sevincinə səbəb olub.
Daxil olan məlumatına görə, Rusiyanın müsəlman alimlərindən biri bu barədə deyib : Biz apelyasiya məhkəməsinin bütün proseslərində ciddi şəkildə iştirak etdik və bu səylərimiz öz səmərəsini verdi.
Novorossisiysk şəhər məhkəməsinin Quran-Kərim tərcüməsindən istifadənin edilməsinə qoyduğu qadağaların təsdiqlənməməsi bu səylərimizin səmərəli töhfəsi olmuşdur.
Sözügedən məhkəmə 2013-cü ildə Rusiyada ifratçılığa qarşı mübarizə qanununa istinad edərək Rusiya müsəlmanlarının geniş şəkildə qiraət etdikləri Quran-Kərimdən olan tərcümənin mətninə artıq cihad ayələri ilə əlaqədar təfsirlərin mövcud olmasına görə qadağa qoymuşdur.
