AsyaAzərbaycanDünyaXƏBƏRLƏR
Lənkəranda Xanım Zeynəbin (s.ə) mövlud mərasimi keçirilib
Azərbaycanın cənub bölgəsi Lənkəranda Xanım Zeynəbin (s.ə) mövlud mərasimi keçirilib.
Cenubnews.com-ın məlumatına görə, İslam Peyğəmbərinin (s) əziz nəvəsi, İmam Əlinin (ə) və Həzrət Zəhranın (s.ə) qızı, Kərbəlanın böyük qəhrəmanı Zeynəbi-Kübranın (s.ə.) mübarək mövlud günü münasibətlə Lənkəran şəhər möminləri “Əbəlfəzl” məscidində mövlud mərasimi təşkil ediblər.
Müqəddəs ayələrin tilavətindən sonra salavat zikr olunmuş, ardınca mərasimdə ruhanilər Xanım Zeynəb (s.ə) və Əhli-Beyt həyatına dair bilgilərlə çıxış ediblər.
Məclisin sonunda ehsan süfrəsi verilib və “Fərəc” duasının cəmlə ifası ilə tədbir sona çatmışdır.