SuriyaXƏBƏRLƏR

Suriya barəsində ilk hesabat BMT TŞ-nin daimi üzvlərinə təqdim olundu

Avqustun 28-də Mərkəzi Seçki Komissiyasının sözçüsü Azər Sarıyev “Media forum” saytına demişdi ki, Azərbaycan İslam Partiyasının sədri, məhbus Möhsün Səmədovun prezidentliyə namizədliyi ilə bağlı müraciətinin MSK-ya daxil olmayıb.

AİP sədrinin müavini Akif Heydərli məlumatı təkzib edib.
Akif Heydərli bildirib : “Dr. Möhsün Səmədovun prezidentliyə namizədlik sənədlərini avqust ayının 19-u saat 11 radələrində şəxsən MSK-ya təqdim etmişəm. Bu zaman qurumun ümumi şöbəsinin rəhbəri Elşən Əsgərovla telefon əlaqəsi saxlamışam. O, mənə sənədləri şöbənin əməkdaşına verməyi tövsiyə edib və mən sənədləri Kəmalə adlı xanıma təqdim etmişəm.”
AİP rəsmisi MSK-nin yalan açıqlaması ilə bağlı deyib : “Mən ciddi bir orqanın belə mövqe nümayiş etdirməsinə inanmıram, amma onu da qeyd etməliyəm ki, Möhsün Səmədovun namizədlik sənədlərinin qəbulu fərqli məsələdir. Çünki bu haqda qərarın qəbul olunması MSK-nın iradəsindən asılı deyil. Bu, birbaşa prezidentin səlahiyyətindədir. Mhvsün Səmədovun prezident seçkisində namizəd kimi iştirakı isə onun həbsdən azad olunması ilə birbaşa bağlıdır. MSK-nın məsul şəxsləri bu barədə konkret və obyektiv açıqlama verə bilmədikləri üçün bəzi halları ya gizlətməyə, ya da olayı təkzib etməyə məcbur ediliblər”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu