AsyaXƏBƏRLƏR

Fələstinlilərin bədən orqanları sionist rejim tərəfindən oğurlanır

Bir yazar öz kitabında sionist rejimin tədqiqat mərkəzləri və universitetlərində fələstinlilərin bədən üzvlərinin oğurlanmasını ifşa edib.

Meyre Vays öz kitabında 1996-2002-ci illər arasında Təl-Əviv yaxınlığında yerləşən İsrail Əbu Kəbir Tədqiqat mərkəzində gördüklərinin detallarını açıqlayıb.
Bu professorun yazdığına görə, Əbu Kəbir mərkəzində sionist hərbçilər və vətəndaşların cəsədləri fələstinlilərin cəsədlərindən ayrılır və fələstinlilərin cəsədlərinin orqanları oğurlandıqdan sonra İsrail bədən üzvləri bankına nəql olunur. Belə ki, sionist xəstələrə peyvənd vurulsun və yaxud bu rejimin tibb elmləri institutlarının ixtiyarına verilsin.
Professor Vays öz kitabında yazır: Əbu Kəbir Tədqiqat mərkəzində ölülərin cəsədləri ilə də ayrı-seçkiliklə rəftar edilir. Yəhudilərin cəsədləri ilə xüsusi cəsədlər kimi davranılır və digər ölülərin cəsədləri heç bir etina olunmur, üstəlik onların üzvləri oğurlanır.
Xatırlatmaq lazımdır ki, fələstinli şəhidlərin ailələri dəfələrlə bu şəhidlərin bədən üzvlərinin oğurlanmasından şikayət etmişlər. Lakin sionist başçılar bu məsələni kəskin şəkildə təkzib etmişlər. Hazırda isə bu kitabın işıq üzü görməsi bu şəhidlərin ailələrinin müddəalarını sübuta yetirir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu