Onlarla nəfər Kabildə etiraz aksiyası keçirib. Buna səbəb, Talibanın Qətərdə ofisinin açılması və Talibanla sülh danışıqları gedişinin tərzi olub.
İran tələbələrinin informasiya agentliyi- Bu aksiya Əfqanıstan Milli Təhlükəsizlik Təşkilatının keçmiş rəisi- Əmrullah Salehin rəhbərliyi ilə “Əfqanıstan Yaşıl Prosesi” adlı orqan tərəfindən təşkil edilib.
Etirazçıların əksər hissəsi gənclər olub. Onlar alınlarına yaşıl rəngli lentlər bağlayıb, “Taliban təkrarlanmamalıdır!” şüarı səsləndiriblər.
Etirazçılar Kabilin bir məntəqəsindən yürüşə başlayaraq, prezident sarayının yaxınlığınadək irəliləyiblər.
Bu aksiya bir qətnamə qəbul edərək, işini başa vurub. Onun bir hissəsində belə deyilir: “Əfqanıstanın vahid dövlətə malik olmasını istəyirik və heç bir şərait və heç bir qiymətə gündəlik həyatımızda iki dövlətə itaət etməyə hazır deyilik”.
Aksiyaçıların işarəsi, görünür, Talibanın ağ rəngli bayrağının Qətərdəki ofisdə dalğalanması və “Əfqanıstan İslam Respublikası” yerinə, “Əfqanıstan İslami Birlikləri” adından istifadə edilməsi olub.