Bir amerikan analiktik bildirib ki, 2013-cü il Barak Obamanın prezidentlik dövrünün ən pis ili sayılır.
ABŞ siayasi analiktiki Stefan Lendmən Press TV-yə verdiyi müsahibəsində bildirib ki, ABŞ prezidenti Barak Obamanın prezidentlik dövrünün 5-ci ili Amerikada müxtəlif biabırçılıqların baş verməsi o cümlədən Amerika Milli Agentliyinin casusluğu barədəki ifşaçılıqların edilməsi səbəbindən, onun hakiyyətdə olduğu illərin ən pis ili olmuşdur.
Stefan Lendmən həmçinin deyib. Obama prezidentlik dövrünün beşinci ilinin sonundadır. 2009-2013 illəri onun üçün olduqca pis olmuşdur, bu isə təəccüb doğuran bir məsələdir.
O əlavə edib ki, Obama ABŞ xalqının və dünya xalqlarının rifah durumunun yaxşılaşdırılması əvəzinə, vəziyyətin dahada gərginləşməsinə səbəb olubdur.
ABŞ prezidenti dünyada casusluq əməliyyatlarının aparılması, onun fərmanı əsasında qəbul edilən tibbi və sanitar məsələləri barədə qanunun həyata keçirilməsi və həmçinin ölkədə cərəyan edən silahlı insidentlərin davam etməsi üçün tənqidlərə məruz qalıb.
Lendmən açıqlayıb ki, əslində Obama insanlıqla müharibə aparır. O tərəfdarları tərəfindən qeyri-mümkün işləri həyata keçirib.
Lendmən deyib: Obama xalqların sərvətlərini qarət edir. O ABŞ iqtisadiyyatını məhv edib və milyonlarla ABŞ vətəndaşını işsiz edərək yoxsulluğa sürükləyib.
Amerika xalqı oktyabr ayında ötən 17 il ərzində hökumət səviyyəsində iki tətili təcrübə etdi və Konqressdəki respublikaçılar federal xərcləri və dərman-preparatları xərclərinin azalması uğrundaki ixtilafları həll etməkdə heç bir uğur əldə edə bilməyiblər.
Son rəysorğularına əsasən, Obamanın 5 il ərzindəki prezidentlik dövründə reytinqi misilsiz şəkildə aşağı düşüb.
