Fələstinin bir araşdırmalar mərkəzi 2013-cü ildə fələstinli şəhidlərin sayının 40 nəfər olduğunu bildirib.
Əhrar İnsan Haqları və Əsirlər Araşdırmalar Mərkəzi öz illik hesabatında bildirib ki, 2013-cü ildə 40 fələstinli sionist rejim hərbçilərinin birbaşa hücumunda şəhid olub və Fələstinin müxtəlif bölgələrində 3467 nəfər həbs olunub.
Əhrar Mərkəzinin direktoru Fuad əl-Xəfş bu hesabatda bildirib: Sionist qüvvələr 2013-cü ildə Fələstinin bölgələrinə çoxlu hücumlar ediblər. Bu hücumlar çoxlu sayda fələstinlinin şəhid olması, yaralanması və həbs edilməsi ilə nəticələnib.
Əl-Xəfş 2013-cü ildə işğalçı İsrail rejimi həbsxanalarında 4 fələstinli əsirin şəhid olduğunu bildirib.
Bu hesabatda həmçinin fələstinli uşaqlar, xüsusilə də sərhəd bölgələrdəki uşaqlarla davranışda İsrail rejimi hərbçilərinin təcavüzkar hərəkətlərinə toxunulub və bildirilib: Əsir uşaqlarla əlaqədar dəqiq statistika yoxdur. Çünki onlardan bir çoxu həbs olunduqdan bir neçə saat sonra azad edilib.

