Ali Xəlifə rejiminin məhkəməsi 3 bəhreynli etirazçı üçün 10 illik həbs hökmünü təsdiq edib.
Livanın Əl-Əhd xəbər portalının verdiyi məlumata görə Ali Xəlifə rejiminin apelyasiya məhkəməsi bazar ertəsi günü(27 yanvar) aksiyalarda iştirak etmək və paytaxt Manamanın Qərbindəki Kərzəkan kəndinə polisin hücumu zamanı zorakılıqdan istifadə etmək üzrə puç ittihamlarla 3 bəhreynli etirazçının 10 illik həbs hökmünü təsdiq etdi.
Bu elə bir haldadır ki, bu 3 bəhreynli etirazçı 2013-cü ilin fevral ayında Kərzəkan kəndi sakinlərinin aksiyasında iştirak edərək Bəhreyn polisi ilə toqquşublar və polisin repressiyasından qaçdıqları zaman Kərzəkan kəndinin tarlalarında Ali Xəlifə rejiminin amilləri tərəfindən güllə atəşi nəticəsində yaralanaraq həbs ediliblər. Bundan öncədən Bəhreyn Gəncləri İnsan Haqları Cəmiyyəti bir hesabatda bildirmişdir ki, Bəhreyn məhkəmələri 2013-cü ildə bu ölkə vətəndaşlarından 641 nəfərini aksiyalarda iştirak etmək ittihamı ilə bir ildən ömürlük həbs cəzasına məhkum ediblər.