DünyaXƏBƏRLƏR

İraqda iranlı işçilərə hücumda şübhəli bilinən bir neçə nəfər həbs olunub

İraq ordusunun quru qoşunları komandanı İraqın şərqində neft-qaz şirkətində çalışan bir qrup iranlıya terror hücumunda şübhəli bilinən bir neçə nəfərin həbs olunduğunu bildirib.
İraq ordusu quru qoşunları komandanı Əli Qeydan İRİB-ə verdiyi müsahibədə deyib: Bu hücum amillərinin həbs olunması və cəzalandırılması üzrə təhqiqat davam edir.
“Terrorçular İran qazının İraqa nəqli üzrə önəmli layihənin icrasına mane olmağa çalışırlar. Lakin onlar bu cinayətlərlə Tehran-Bağdad dostluğuna və münasibətlərin inkişafına xələl yarada bilməzlər.
Ötən cümə günü İraqın Diyalə vilayətində 15 nəfəri iranlı olan neft-qaz mütəxəssisləri və işçilərindən 17 nəfər iş yerlərindən Ələndi məntəqəsində öz istirahət məkanlarına qayıtdıqları zaman terror qruplaşmalarının hücumuna məruz qalaraq şəhid oldu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu