AsyaAvropaDünyaXƏBƏRLƏR

Obama Əbu Talibinin girişini qadağan edən qanunu imzalayıb

ABŞ prezidenti İranın BMT-dəki yeni səfirinin girişini qadağan edən qanunu imzalayıb.

ABŞ prezidenti Barak Obama bir qanunu imzalayıb. Bu qanuna əsasən casusluq və terror hərəkətlərində ittiham olunan diplomatların Amerikaya girişi qadağan olunur.
İcra olunması üçün Amerika prezidenti Barak Obamanın imzasını tələb edən yeni qanunun təsdiqlənməsi bu ölkəyə diplomatların girişi meyarlarını məhdudlaşdırır.
İranın BMT-dəki nümayəndəliyinin sözçüsü Həmid Babayi deyib: İranın şikayət ərizəsi də BMT və BMT Baş Assambleyasında ev sahibi ölkə ilə əlaqələr komitəsinə təhvil verilib.
Amerika nümayəndələri iddia edirlər ki, Əbu Talibi İmamın ardıcılı və Amerika səfirliyini işğal edən tələbələrdən olduğuna görə, İranın BMT-dəki səfiri olaraq təyin olunmamalıdır.
Belə bir halda BMT və ABŞ tərəfindən 1947-ci ildə imzalanan anlaşmaya əsasən ABŞ-da federal hökumət, ştat hökumətlərin rəsmiləri və yerli rəsmilər dövlətlərin nümayəndəliklərinin üzvləri və BMT işçilərinin Nyu-Yorkdakı qərargahına daxil olması qarşısında heç bir məhdudiyyət yaratmamalıdırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu