DünyaXƏBƏRLƏR

4-cü Beynəlxalq Novruz Bayramı şənliyi Aşqabadda

Beynəlxalq Novruz Bayramı şənliyi bir beynəlxalq konfrans çərçivəsində Türkmənistan, İran, Pakistan və Tacikistan prezidentləri və region və Novruzu qeyd edən ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Aşqabadda Ruhiyyət sarayında keçirilib.

Bu şənlik “Novruz, Sülh və Humanizm Şənliyi” adı altında bir konfrans olaraq Beynəlxalq Novruz Bayramı şənliyinin ev sahibi Türkmənistanın milli himninin səslənməsi, bu ölkə prezidentinin çıxışı və 3 mindən yuxarı insanın iştirakı ilə başlanıb.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov öz çıxışının əvvəlində iştirakçı ölkələrin prezidentlərinə təşəkkürünü bildirib və bu qədim bayramın əhəmiyyətini vurğulayıb.

Berdiməhəmmədov deyib: Beynəlxalq Novruz Bayramı şənliyi qədimdən xalqların çoxlu tarixi və mədəni ortaqlıqlarını birləşdirən bir şənlikdir. Bu şənlik qloballaşması ilə əslində beynəlxalq səviyyədə güclənmişdir.

Bu bayramın mədəni və beynəlxalq əhəmiyyətinə toxunan Türkmənistan prezidenti təklif edib ki, Novruz adı ilə beynəlxalq jurnal nəşr olunsun və Novruzu qeyd edən ölkələrin mədəni kütlələri və sənətkarları arasında beynəlxalq mədəni və incəsənət yarışları keçirilsin.

Beynəlxalq Novruz Bayramı şənliyi ötən il Tacikistan paytaxtı Düşənbədə, ondan öncə isə Tehranda keçirilmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu