İran İslam Respublikası prezidenti deyib: Novruz Bahar fəslinin mötədilliyinə hörmət edən mədəniyyətlərin birləşən nöqtəsidir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün cümə axşamı günü(27 mart) Kabildə keçirilən 5-ci Beynəlxalq Novruz Şənliyi mərasimindəki çıxışı zamanı Novruzun yüksək və insani mədəniyyətin yadigarı olduğunu bildirərək, Novruzun tarixin heç vaxt köhnəlməyən ən qədim ənənəsi olduğunu bildirdi.
Hazırda dünyada sülh və ədalətə dəvəti də özündə barındıran mötədillik nidasının beynəlxalq səviyyədə böyük rəğbətə malik olduğunu bildirən İran İslam Respublikası prezidenti sonra deyib: Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bir qətnamə təsdiq edərək, aqressivlik və ekstremizmlə beynəlxalq mübarizəni özünün gündəminə daxil etdi.