DünyaİranXƏBƏRLƏR

Türkmənistanda Novruz şənliyi; Əhmədinejada Aşqabada gedib

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovun rəsmi dəvəti ilə cümə axşamı günü səhər “Novruz, Sülh və Bəşəriyyət Dostluğu Bayramı” adlı Beynəlxalq Novruz Bayramında iştirak etmək məqsədilə bir heyətin müşayiəti ilə Aşqabada səfər edib.

Əhmədinejad bu bir günlük səfərdə Beynəlxalq Novruz Bayramında iştirak etməklə dost və qonşu ölkələrin və regionun bəzi ölkələrinin dövlət başçıları ilə görüşəcək və regional və ikitərəfli əməkdaşlıqlar barəsində fikir mübadiləsi aparacaq.

İran prezidenti Aşqabada səfər etməzdən öncə hava limanında verdiyi açıqlamada bir daha yazın gəlişi ilə iranlıları və beynəlxalq ictimaiyyəti təbrik edib və bildirib: Min illərdir ki, İranda Novruz bayramı mədəniyyəti vardır və bu humanist bayram insanın həqiqətini xatırladan, tövhid, sevgi, ədalət və gözəlliyi xatırladan bayramdır.

Prezident Novruz bayramını ən gözəl adət-ənənələrdən adlandırıb və söyləyib: Xoşbəxtlikdən hökumətin səyi ilə Novruz mədəniyyəti beynəlxalq şəkildə qeydə alındı və bayram 11 ölkənin səyi ilə tezliklə dünyada genişlənəcəkdir.

“Dünya xalqlarının Novruz bayramını müsbət qarşılamaları hər gün daha da genişlənir və bu da onu göstərir ki, bu bayramın həqiqəti xalqların həqiqəti ilə tamamilə uyğundur” –deyə Əhmədinejad bildirib.

Beynəlxalq Novruz Bayramının keçirilməsi keçmişinə toxunan prezident deyib: 4 il öncədən qərara alındı ki, region ölkələri arasında müştərək bayram keçirilsin. İndiyə qədər onun iki dövrü İran və Tacikistanda keçirilib və bu il də Türkmənistanda keçirilir. Bu şənliklər hər il daha da gözəlləşir və genişlənir.

İran prezidenti sonda deyib: Ümidvaram tezliklə Beynəlxalq Novruz Bayramı bütün xalqlar, hökumətlər, kamala çatmaq istəyənlər, azadlıqsevərlərin iştirakı ilə İmam Mehdinin (əc) idarəçiliyi, hidayəti ilə keçiriləcək və həmin gün bütün xalqların həqiqi bayramıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu