DünyaİranXƏBƏRLƏR

Böyük Rəhbərin Novruz müraciəti

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei 1392-ci yeni günəş ilinin gəlib çatması ilə bağlı müraciət ediblər. Müraciətdə Böyük Rəhbər İran xalqı və Novruz bayramını qeyd edən bütün xalqları təbrik ediblər.

 

 

Böyük Rəhbər yeni günəş ilini “Siyasi və İqtisadi Qəhrəmanlıq” ili adlandırıblar.

 

 

Böyük Rəhbərin Novruz bayramı və yeni il ilə bağlı müraciətini tam şəkildə təqdim edirik:
“İranın hər yerində habelə dünyanın hər yerində olan bütün İran vətəndaşlarını təbrik edirəm. Novruz bayramını əziz tutan bütün xalqları da təbrik edirəm.  Xüsusilə müharibə əlilləri və şəhid ailələrini habelə İran İslam Respublikası Quruluşuna və əziz İslami İran ölkəsinə xidmət etməklə məşğul olan bütün şəxsləri təbrik edirəm. Ümid edirik ki, Allah-Taala bu günü və yeni hicri şəmsi ilinin başlanmasını İran xalqı həmçinin bütün dünya müsəlmanları üçün şadlıq, yaxşı günlər və dinamika səbəbi qərar versin və bizi öz vəzifələrimizi həyata keçirməkdə müvəffəq və müəyyəd etsin. Əziz iranlılara bildirirəm ki, diqqət etsinlər Həzrət Fatemeye-Zəhra(s)nın şəhadətinin ildönümü günləri Əyyami-Fatemiyyə, bayram günnlərinin ortalarına təsadüf edir və bu günnlərə hörmət etmək bizim hamımız üçün lazim və vacibdir. Yeni ilin təhvil olunması saatı və anı əslində bir başlanğıc və bir sona çatmanın arasında olan fasilədir. Keçmiş hicri şəmsi ilinin sona çatması və gələn hicri şəmsi ilinin başlanğıcı. Əlbəttə bizim əsas baxışımız önə doğru olmalıdır. Yeni ilə baxmalıyıq, özümüzü yeni ilə hazırlamalıyıq və yeni il üçün proqramlaşdırma həyata keçirməliyik. Amma mütləq arxaya və arxada qoyduğumuz yola da nəzər salmalıyıq ki, bu da bizim üçün faydalıdır. Çünki hansı hərəkətlər həyata keçirdiyimizə və hansı formada hərəkət etməyimizə diqqət etməliyik. İşlərimizin hansı nəticələrə malik olduqlarına diqqət etməliyik.bunlardan dərs almalıyıq və təcrübə əldə etməliyik. 1391-ci hicri şəmsi ili bütün illərdə olduğu kimi çeşidli və müxtəlif rənglərə və naxışlara malik idi. Bu ilin şirinliyi də var idi, acılığı da. Bu ildə zəfər çalma da var idi və geridə qalma da. İnsanların hayat boyu yaşayışları da həmişə belə olub. İnsanların həyatı həmişə eniş-yoxuşlara malik olub. Mühüm budur ki, enişlərdən çıxaq və zirvələrə çataq. 1391-ci hicri şəmsi ilində bizim hegemonçuluq dünyası ilə qarşılaşmaq cəhətindən açıq-aşkar olan məsələ düşmənlərin İran xalqına və İran İslam Respublikası Quruluşuna qarşı çətinliklər tətbiq etmələri idi. Əlbəttə zahirdə düşmən çətinliklər tətbiq edirdi, amma məsələnin batinində İran xalqının daha da güclənməsi və müxtəlif sahələrdə böyük zəfərlərə imza atması yerləşirdi. Düşmənlər hədəf kimi müxtəlif sahələri və səhnələri hədəfə tutmuşdular. Ümumiyyətlə düşmənlər iqtisadiyyat və siyasət sahələrini hədəfə tutmuşdular. Düşmənlər iqtisadiyyat sahəsində açıq-aşkar formada bildirdilər ki, İran xalqını sanksiyalar vasitəsilə iflic etmək istəyirlər. Amma bu işi bacara və İran xalqını iflic edə bilmədilər. Biz müxtəlif sahələrdə İlahi Lüftkarlıq və Pərvərdigarın fəzlinə görə çoxlu inkişaflar və nailiyyətləri əldə etdik ki, bu haqdakı təfərrüatlar əziz İran xalqına bildirilib və bildiriləcəkdir. Mən də inşallah fərvərdin ayının birindəki çıxışım zamanı həyatda olduğum təqdirdə bu barədə söhbət edəcəyəm. İqtisadiyyat sahəsində əlbəttə İran xalqı çətinliklər və təzyiqlərlə üzləşdi, bəzi problemlər yarandı, xüsusilə ölkə daxilində də bəzi nöqsanlar var idi. Bəzi nöqsanlı hərəkətlər və səhlənkarlıqlar edildi ki, bu da düşmənlərin planlarına yardım etdi. Amma bütövlükdə İran İslam Respublikası və xalq toplusunun hərəkətləri, önə doğru olan hərəkət olubdur və inşallah bu güclənmənin əsərləri və nəticələrini gələcəkdə müşahidə edəcəyik.

Siyasət səhnəsində onların səyi bu idi ki, bir tərəfdən xalqı təcridlə, digər tərəfdən isə, xalqı şübhə və ikili vəziyyətlə üzləşdirsinlər. Onlar xalqın səyini zəiflətmək istəyirdilər. Lakin praktiki olaraq tam bunun əksi oldu. Tam bunun əksi baş verdi. İran xalqının təcridi sahəsində bizim beynəlxalq və regional siyasətlərimizi məhdudlaşdıra bilmədilər. Üstəlik bir çox addımlar atıldı. O cümlədən dünyanın bir çox ölkə başçısı və nümayəndəsinin iştirakı ilə Tehranda Qoşulmama Hərəkatının zirvə toplantısı keçirildi və bu onların istəyinin tam əksi idi. Bu məsələlər sübuta yetirdi ki, İslam Respublikası dünyada təcriddə deyil. Üstəlik dünyada İslam Respublikası və əziz İran xalqı əzizlənir və ona hörmətlə yanaşılır.

Daxili məsələlər sahəsində İran xalqı lazım gəldiyi yerlərdə, öz hisslərini bildirmək lazım gəldiyi zamanlarda, əsasən günəş ili 1391-ci il 22 bəhməndə lazımi qəhrəmanlığı nümayiş etdirdi. Öncəki illərlə müqayisədə xalq daha əzəmətli və genişmiqyaslı şəkildə səhnədə iştirak etdi. Bunun başqa bir nümunəsi də sanksiyaların gücləndiyi bir şəraitdə Şimali Xorasan əhalisinin İran xalqının İslam Respublikasına olan və öz vəzifəsini yerinə yetirən məsul şəxslərə bağlılığını nümayiş etdirməsi idi.

İl ərzində əlhəmdu-lillah çox böyük işlər həyata keçirilmişdir. Elmi səylər, infrastruktur işlər, məsul şəxslər və xalqın aktivliyi inkişaf və irəliləyişə doğru çoxlu imkanlar yaratmışdır. Həm iqtisadiyyat, həm siyasət, həm də bir çox önəmli sahələrdə münbit şərait yaranmışdır.  Allah-taalanın lütfü və müsəlman xalqın səyi ilə bizim üçün yaranan bərabər ümidverici perspektivlə 1392-ci il İran xalqının inkişaf, hərəkət və alqışalayiq ili olacaqdır. Bu, o demək deyil ki, İran düşmənlərinin düşmənçiliyi azalacaq. Bu, o mənadadır ki, İran xalqının hazırlığı artacaq, iştirakı daha təsirli olacaq. Xalqın quruculuğu öz əli və yetərli səyi ilə inşallah daha yaxşı və ümidverici olacaqdır.

Əlbəttə 1392-ci ildə bizim qarşımızda duran yenə də iki əsas olacaqdır. Bunlar iqtisadiyyat və siyasətdir. İqtisadiyyat sahəsində milli istehsalata diqqət yetirilməlidir. Ötən ilin şüarında olduğu kimi işlər həyata keçirildi. Lakin milli istehsalatın genişləndirilməsi və İranlı İş və Əmək Sərmayəsinin himayə olunması uzunmüddətli bir perspektivdir. Bu, bir il ərzində sona çatmır.  Xoşbəxtlikdən 1391-ci ilin ikinci yarısında milli istehsalat siyasətləri təsdiqləndi və elan olundu. Yəni əslində bu işin əsasları qoyuldu. Buna əsasən parlament və hökumət proqramlaşdırma apara və müsbət hərəkətə başlaya bilərlər. İnşallah onlar böyük səy və inamla irəliləyə bilsinlər.

Siyasət məsələləri sahəsində 1392-ci ilin böyük işi prezident seçkiləridir. Əslində bu, gələn 4 il üçün ölkənin icraiyyə və siyasi müqəddəratını və başqa sözlə ölkənin ümumi müqəddəratını proqramlaşdırır. İnşallah xalq öz iştirakı ilə bu meydanda da ölkə və özü üçün yaxşı gələcəyi qeydə alacaq.

Yeni il “Siyasət və İqtisadi Qəhrəmanlıq” ili

Əlbəttə həm iqtisadiyyat, həm də siyasət sahəsində xalqın iştirakının cihad iştirakı olması lazımlıdır. Qəhrəmanlıq və şövqlə bu sahələrə daxil olmaq lazımdır. Böyük səylə və ümidverici baxışla daxil olmaq lazımdır. Ümidlə və əhval-ruhiyyə ilə dolu ürəklə səhnəyə daxil olmaq və qəhrəmanlıqlar yaratmaqla məqsədlərə nail olmaq lazımdır. Bu baxışla 1392-ci ili “Siyasi və İqtisadi Qəhrəmanlıq” ili adlandırırıq. Ümidvarıq ki, Allahın lütfü ilə həm iqtisadi qəhrəmanlıq, həm də siyasi qəhrəmanlıq xalqımızın və canla-başla çalışan məsul şəxslərin əli ilə reallaşacaq; Allah-taalanın diqqət yetirməsinin ümidi, Həzrət Mehdi (əc)-in duası və böyük imamın (rə) və əziz şəhidlərin ruhuna salamla”.

Vəssəlamu ələykum və rəhmətullahi vəbərəkatuh

Ayətullahülüzma Seyid Əli Xamenei
30.12.1391
20.03.2013

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu