AzərbaycanDünyaXƏBƏRLƏR

“Həft sin” süfrəsinin sirri

İranlıların ən böyük milli bayramı Novruzun neçə minillik keçmişi vardır. Uzaq keçmişlərdən İran ərazilərində yaşayan aryayilər ilin ilk gününü və yazın gəlişini xüsusi mərasim keçirməklə şənliklər və şadyanalıqlar edirdilər.

Qədim İranın adət-ənənələrində hər bir şənlik üçün müxtəlif yeməkləri olan süfrə açılırdı. Novruz süfrəsi “Həft sin” (fars dilində “sin” hərfi ilə başlayan 7 qida və ya tərəvəz məhsulu) adlanır və digər süfrələrdən daha maraqlı və gözəl olmalı idi.

“7 sin” süfrəsi adətən yeni ilin təhvil olmasına bir neçə saat qalmış hazırlanır və geniş bir yerdə açılırdı. Həmçinin yeməkləri süfrəyə paylamaq məqsədilə “mayzadpan” (yemək paylayan) qoyulurdu. “Həft sin” süfrəsi müqəddəs 7 rəqəminə əsasən qoyulmuşdur.

Bir çox tarixi mənbələrdə qeyd olunur ki, “həft sin süfrəsi” ilk öncə “həft şin (şin hərfi ilə başlayan maddələr) süfrəsi” olmuş və sonralar bu ada dəyişilmişdir.

Şam, şirni, şəhd (bal), şümşad, şərbət, şəqayiq (bir növ gül) və ya şaxe nabat (nabatın bir hissəsi) “həft şin” süfrəsini təşkil edirdi. Bəziləri isə İranda islamdan öncə “həft çin” olduğuna inanırlar. Zərdüşt icmasının sözçüsü bu barədə deyir: Əhəmənilər dövründə Novruzda 7 çini qaba yemək çəkirdilər. Ona “həft çin” və ya “həft çidəni” (7 çəkilmiş, düzülmüş) deyirdilər.

Sonralar Sasanilər dövründə “həft şin” adəti iranlılar arasında adət-ənənəyə çevrilir. Şümşad Novruzun digər “şin”ləri arasında yaşıllıq və əbədilik nişanəsi olaraq süfrəyə qoyulurdu. Sasanilərin süqutundan sonrakı dövrdə İran xalqı islamı qəbul edir və çalışır ki, öz qədim adət-ənənələrini də qorusun.

Elə buna görə də islam dinində şərab haram elan olunduğu üçün onlar şərabla yaxınlığı olan sirkəni seçdilər və beləcə “şin” “sin”ə çevrildi.

Hazırda “həft sin” süfrəsini yerdə və ya stol üzərində açırlar. İl təhvil olanda ailə üzvləri “həft sin” süfrəsinin başına toplaşır və şənlik, xeyir-bərəkətlə dolu il olması üçün dua edirlər.

Bəziləri “həft sin” süfrəsini Novruzun 13 günündə saxlayır və bu dövrün sonunda Novruzun 13-cü günündə (sizdə bedər və ya bahar günü) “həft sin” süfrəsinin yaşıllarını suya atırlar.

“Həft sin” fars dilində “sin” hərfi ilə başlanan 7 maddədən təşkil olunmuşdur. Azərbaycan Respublikası kimi Novruzu qeyd edən ölkələrdə “həft sin” yerinə 7 növ yemək və şirnidən istifadə olunur. Bu da İran ətrafı ölkələr arasında Novruz adət-ənənəsi bağlarının bariz nümunələrindən biridir.

“Həft sin” süfrəsinin 7 hissəsi:

 

“Səmənu”: Bitkilərin cücərməsi və böyüməsinin simvoludur və yenicə cücərmiş buğdadan bişirilir.
Sib (Alma): Məhəbbət və sevgi simvolu

 

Sincid (İydə): Sevgi və vurğunluq simvoludur və doğulmanın əsas səbəblərindən biridir.

 

Səbzə (səməni): Şənlik, yaşıllıq və insan həyatının və onun təbiətlə bağlılığının nişanəsidir.

 

Sumaq və sir (Sumaq və sarımsaq): Həyatda şənliyi və sevinci hərəkətə gətirən əsas hesab olunur.

 

Sikkə: Xeyir-bərəkət və gəlir simvoludur.

 

Bu bitki və məhsullardan əlavə Novruz süfrəsinin digər maddələri də olmuşdur: Bu arada yumurta yaranış və doğulma və nəsil simvoludur. Ayna işıqlıq simvoludur. Balıq günəş təqvimi ilə isfənd ayının rəmzi olaraq süfrəyə qoyulur. Sərv ağacının budaqları, nar dənəcikləri, bədmüşk, narıncı suyu, çörək və pendir, şamdan və s… da “Həft sin” süfrəsinin digər hissələri hesab etmək olar.

Müqəddəs kitab da “həft sin” süfrəsinin əsas hissələrindən biridir və buna əsasən hər bir ailə öz dininə uyğun olaraq qəbul etdikləri müqəddəs kitabı süfrəyə qoyurlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu