
Azərbaycan güləşçilərinin yetişdirilməsində iranlı məşqçilərin köməyindən razıdır
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu ölkədə güləş idman növünün inkişaf etdirilməsində iranlı məşqçilərin köməyindən razıdır.
Bunu “Dünya Kuboku-2013” yarışlarında iştirak etmək üçün Azərbaycanın güləş heyəti ilə birlikdə İranda səfərdə olan Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov çərşənbə günü Beynəlxalq Səhər Kanalının Azəri Televiziyasının “Hədəf” idman proqramının qonağı olduğu zaman deyib.
Tofiq Eyvazov deyib: Güləş daim iranda güclü olub və belə də olacaq. İranın güləş üzrə mütəxəssisləri də bacarıqlıdırlar. Azərbaycan Respublikası da İranın güləş sahəsindəki bu bacarıqlarından faydalanmaq niyyətindədir. Hazırda Azərbaycan güləşçiləri iranlı məşqçilərindən son dərəcə razıdırlar.
“Hədəf” idman proqramının digər qonağı olan “Dünya Kuboku-2013”-ün yarışlarının icrasına nəzarət edən Mərkəzi Şuranın üzvü Məhəmməd Nəqi Kəlantəri də bildirib ki, İran və Azərbaycan xalqlarının qardaş olduğunu nəzərə alaraq, İran Azərbaycanda güləş idman növünün inkişafına yardım etməyə hazırdır.
Səhər kanalının “Hədəf” proqramının qonaqları olan iranlı və azərbaycanlı idman rəsmisi daha sonra Beynəlxalq Olimpiya Komitəsinin İcraçı Şurasının İngiltərədə keçiriləcək Olimpiya yarışlarından güləş idman növünün çıxarılması ilə bağlı qərarından narazılıq ediblər.
Tofiq Eyvazov deyib: “Hər bir braziliyalının futbolçu olaraq dünyaya gəldiyi kimi, hər bir iranlı və azərbaycanlı da dünyaya güləşçi olaraq gəlir. Bu qərar güləşi sevən insanların haqqında edilmiş zülmdür.”
Məhəmməd Nəqi Kəlantəri də dedi: İran güləş idman növünün olimpiya yarışlarından çıxarılmasından son dərəcə narazıdır və güləş idman növünə malik olan ölkələrdən istəyir ki, Qərb ölkələri və Olimpiya yarışlarına nəzarət edən ölkələrin siyasi və qərəzli məqsədləri üzündən güləşin olimpiya yarışlarından çıxarılmasına icazə verməsinlər.
