İran İslam Respublikası ilə yanaşı olaraq dünyanın digər 11 ölkəsi, o cümlədən: İraq, Əfqanıstan, Hindistan, Qazaxıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Azərbaycan Respublikası və Türkiyənin iştirakı ilə BMT-nin əsas qərargahında ortaq Novruz şənlikləri keçirilib.
Tədbirdə Nyu-York sakinli İran vətəndaşlarından əlavə, dünyanın müxtəlif ölkələrinin səfirləri və diplomatları da iştirak edib.
Tədbirdə BMT baş katibinin müavini Yan Elyason Novruz əhatəsində olan ölkələrin nümayəndələri ilə yanaşı çıxış edərək zəngin keçmişə malik olan Novruz adət-anənələri haqda açıqlama verib.
BMT baş katibi tərəfindən tədbirdə iştirak edən Yan Elyason çıxışında Novruz bayramı ilə baharın ilk gününün təsadüf etməsinə toxunaraq deyib: Bahar təbiətlə sülhə nail olmaq və ümidlərin əks etdirilməsi və bizim müştərək ilhamlarımız və beynəlxalq ədalət və anlaşma və sülhə qovuşmaq üçün ortaq arzularımızdır.
İranın BMT-dəki səfiri Qulam Hüseyn Dehqani isə etdiyi çıxışında Beynəlxalq Novruz gününün BMT Baş Assambleyası tərəfindən BMT təqvimində yerləşdirilməsi üzrə qərar qəbul etməsini iranlıların 3 min il keçmişə malik olan bu milli bayramının əhəmiyyətinin göstəricisi adlandıraraq deyib: Hazırda İrandan əlavə 300 milyon nəfər müxtəlif etnoslar və dinlər ardıcılları Novruzla bağlı tədbirlər qeyd keçirirlər.
Dehqani bildirib ki, Novruz milli bir hadisə və İran xalqının islamı mədəniyyəti ilə qarışan bir bayram olaraq ötən min illiklərdə ən gözəl şəkildə İran mədəniyyəti və mentalitetini əks etdirərək iranlıların zəngin mədəniyyətini xatırladan və İran xlaqının tarix və bəşər sivilizasiyasına göstərdiyi xidmətləri bir daha önə çəkir.