Türkiyə prezidenti bu ölkə ordusunun Suriya qarşısında hazır vəziyyətə keçməsindən xəbər verib.
İRNA-nın verdiyi məlumata görə Hollandiyada səfərdə olan Abdullah Gül Türkiyə qırıcıları tərəfindən Suriya qırıcısının vurulub yerə salınması və Suriya torpağından bir neçə minamyut gülləsinin Türkiyə torpağına atılması iddiasına işarə edərək deyib: Hal-hazırda Türkiyənin quru , dəniz və hava qüvvələri tam hazır vəziyyətindədirlər.
Türkiyənin hava qüvvələrinin qırıcıları bazar günü (23 mart) bu ölkənin hava zonasına daxil olmaq iddiası ilə bir Suriya qırıcısını vurub yerə saldılar.
Türkiyə tərəfindən Suriyanın bir ədəd qırıcısının vurulub yerə salınması iki ölkə sərhədində gərginliyin artmasına səbəb olub.