DünyaXƏBƏRLƏR

Milli Şura ehtiyat namizəd qərarı verə bilmədi

Demokratik Qüvvələrin Milli Şurası Avqustun 12-də keçirdiyi sessiyasında ehtiyat namizəd barədə qərar verə bilmədi.

Milli Şuraya yaxın mənbələr bildiriblər ki, Milli Şura prezidentliyə ehtiyat namizədi ilə bağlı razılığa gəlinməyib və bu məsələ 19 avqust sessiyasına saxlanıb.
Mətbuat üçün qapalı keçirilən 4 saatlıq toplantıdan sonra KXCP sədri Mirmahmud Mirəlioğlu mətbuata açıqlamasında bildirdi ki, Milli Şura üzvləri vahid namizədinin qələbəsinə qədər iş aparacaq.

Sessiyada məlum olub ki, MŞ-də təmsil olunan partiyalardan ACP, ALP, KXCP və “El” Hərəkatı ehtiyat namizəd məsələsinin əleyhinədir.
MŞ-də təmsil olunan AXCP və Müsavat isə ehtiyat namizədin müəyyənləşdirilməsinin doğru olduğunu və Cəmil Həsənlinin ehtiyat namizəd kimi müəyyənləşdirilməsinin tərəfdarı olduqlarını bəyanlayıblar.

Bu arada Sessiya avqustun 18-i Bakıda Milli Şuranın mitinqini keçirmək qərarı verib və meriyaya müraciət olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu