İranın vitseprezidenti və Mədəni İrs, Turizm və Əl İşlərləri sənayesi Təşkilatının sədri Məsud Soltanifər İspaniyanın turizm sahəsində İranla əməkdaşlıqda əzmkar olduğundan xəbər verib.
İRNA-nın Modriddən verdiyi məlumata əsasən, Beynəlxalq Turizm Təşkilatının İcra Şurasının 98-ci iclasına qatılmaq məqsədi ilə İspaniyada səfərdə olan Məsud Soltanifər ötən gün (şənbə 7 iyun) İranın Madriddəki səfirliyində keçirdiyi press konfransında deyib: Bu səfərdə İspaniya sənaye, energetika və turizm naziri Xose Manuel Garsiya ilə konstruktiv görüş keçirildi və spaniyalı tərəf ölkəsinin İran ilə hərtərəfli əmədaşlıqların, xüsusi ilə turizm sahəsidnəki münasibətlərinin inkişafı üzərində təkid edib.
İranın vitseprezidenti və Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Təşkilatının sədri bildiribki, Xoxse Manuel ilə görüşdə ondan ilk fürsətdə İrana səfər üçün dəvət edildi. Beləliklə o İranın tarixi və turizm şəhərlərindən görüş keçirməklə yanaşı bu ölkə ilə iqtisadiyat və turizm sahələrində əlaqələrin icra ediməsi haqdaqinda da müzakirə ediləcək.
Soltanifər Tehran –Madrid arasında birbaşa uçuşların baş tutmasının mümkünlüyü haqda isə deyib: Hava eysinin yenidən bərqərar edilməsi bizim əsas məqsədlərimizi təşkil edir zira yaxın keçmişlərdə Tehran ilə Madrid arasında birbaşa və vasitəsiz uçuşlar baş tutmuşdur.
O deyib: Turizm fəaliyyəti ilə bağlı müxtəlif sahələrin genişləndirilməsi və Madrid başda olmaqla Tehran ilə digər Avorpa ölkələri paytaxları arasında birbaşa uçuşların həyata keçirilmləsinə ümidvarıq.
İranın vitse prezidenti İran- İspaniya münasibətlərinin son zamanlarda yaxşılaşmasını bildirərək, İspaniya xarici işlər naziri Xose Manuel Garsiya Margalonun son Tehran səfərini də həmin istiqamətdə dəyərləndirərək deyib: İran ilə İspaniya arasında münasibətlər keçmişdə də konstrutikv və önəmli olmuşdur. İki ölkə xalqı arasında oxşar mədəniyyətlər gözə çarpır. Həmçinin iki ölkə rəsmiləri də münasibətlərin genişləndirilməsində xeyli əzmkardırlar.
Soltanifər ötən həftə bazar ertəsi Beynəlxalq Turizm Təşkilatını İcra Şurasının 98-cı iclasında iştirak etmək üçün İspaniyaya səfər edib.