AsyaDünyaİranXƏBƏRLƏR

“İran turizm sahəsində ən zəngin ölkədir”

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri bildirib ki, İslami İran turizm potensialı baxımdan dünyanın ən zəngin ölkələrindən sayılır.

Məhəmmədəli Nəcəfi ötən gecə İranın cənubunda yerləşən Kerman Vilayətinin Telekanalı ilə müsahibəsində deyib: İran turizmin müxtəlif növündə, o cümlədən sağlamlıq turizmi, mədəni və ziyarət üzrə önəmli potensiala malik olduğu bir halda, təəssüflə həmin potensialdan lazımı qədər istifadə edə bilmir.
İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri xatırladıb: Xarici turizm üzrə son statistikalar göstərir ki, ötən il turizm üzrə min milyard dollar gəlir dünya ölkələrinin müxtəlif məntəqələrində işlədiyi bir halda İranın payı ondan çox az olub və bu sektorda geri qalmanın müxtəlif səbəblərə malikdir.
Nəcəfi turizm sahəsində İranın marketinq üzrə fəaliyyətinin zəif olduğnu deyərək bildirib: Qərb dünyasnın anti-iran təbliğlərinin aparıldığı bir halda biz müxtəlif vasitələr, o cümlədən diplomatik və mədəni vasitələrdən faydalanmaqla onların hərəkətlərini zərərsizləşdirmək üçün önəmli nailyyətlər əldə edə bilməmişik.
İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri İranda turizm sənədinin icra edilməsi üzərində təkid edərək deyib: Turizm üzrə idarəçilik əslində koordinasiya fəaliyyətlərinə əsaslanır və biz müxtəlif sektorlar arasında ahəngdarlıq yaratmalıyıq və bu dəfə məqsədlərə nail olmaq üçün müxtəlif komitələr təşkil edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu