Rəsmi Dəməşq Avropa İttifaqının Suriyanın prezident seçkiləri ilə bağlı sərgilədiyi mövqeyini pisləyib.
Suriya İnformasiya Agentliyi (SANA)-nın verdyi məlumata əsasən, Suriya xarici işlər nazirliyi bir bəyanat yayaraq, Avropa İttifaqının Suriyada keçirilən prezident seçkilərinin qeyir-qanuni adlandırmasını beynəlxlaq normaların açıq-aşkar pozulması kimi hesab edib.
Suriya XİN-nin yaydığı bəyanatında deyilir ki, Avorpa İttifaqının Suriyada keçirilən seçkilkərlə bağlı mövqeyi demokratiyanın ən ilk prinsiplərini görməməzliyə vurmaq və xalqın səs vermə vasitəsi ilə rəsmilərini və ölkə müqəddəratını təyin etmək haqqına hörmətsizlik etmək mənasındadır.
Bəyanatda deyilir ki, əsas legitimlik digər xarici ölkələrin razılığını əldə etmək deyil, ölkə xalqının iradəsi ilə əldə edilir.
Bəyanatda həmçinin Suriya xalqının ölkədə və ölkədən xaricdə, seçkilərdə geniş iştirak etmələrini seçki prosessinin artıq etibar əldə etməsi kimi dəyərləndirilib.
Qeyd etmək lazımdır ki, Suriyanın hazırkı prezidenti Bəşşar Əsəd Suriyada keçirilən prezident seçkilərində səslərin 88 faizını əldə edərək, bir daha Suriya prezidenti kimi seçilib.
Suriyada prezident seçkilkəri 2014-cu il 3 iyun tarixində keçirildi.