Amerika və Avropa İttifaqı birgə yaydıqları bəyanatda İran ilə müzakirələrin davam etməsini dəstəkləyiblər.
ABŞ və Aİ-nin yaydıqları birgə bəyanatda deyilir ki, Biz İranın nüvə mözsusunun həll edilməsi üçün diplomatik səyləri həyata keçirmişik və aparılan müzakirələr artıq səmərəli keçirilmişdir.
Həmin məlumata əsasən, 5+1 qrupunun sıx səylər həyata keçriməsi ötən noyabrda müştərək proqram adlanan anlaşmanın imzalanması və beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənməsi ilə nəticələnib və yekun çıxış yolunun əldə etdilməsi üzrə bu səylər davam etməlidir.
Həmin bəyanatda Qərbin İran ilə müzakirədə ciddi olduğu bildirilərək deyilir ki, 5+1 qrupu ilə İran arasında fevral ayı Vyanada aparılan müzakirələr əsas mövzular barədə anlaşmanın əldə edilməsinə səbəb olub, həmçinin müzakirələrin zaman qrafikasına əsasən qarşıdakı aylarda davam etdiriləcəyi qərara alınıb.
