Əfqanıstanın sənaye və ticarət naziri Nuruddin Əzizi Aİ-nin Əfqanıstan üzrə yeni səfiri Nikola Blumo ilə görüşərək ticarət əlaqələrinin genişləndirilməsi, özəl sektorla əməkdaşlıq, bizneslərə dəstək və sənaye parklarının yaradılmasını müzakirə edib.
Əzizi görüşdə Kabildə dünyanın ölkələri, xüsusilə də Avropa İttifaqı ilə konstruktiv qarşılıqlı fəaliyyətə hazır olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi nazirliyin hərtərəfli əməkdaşlığa hazır olduğunu açıqlayıb.



