Taliban sözçüsünün müavini Həmdullah Fitrət Hibtullah Axundzadənin sədrliyi ilə Talibanın Təhlükəsizlik Komissiyasının iclasının keçirildiyini açıqladı.
O bildirdi ki, Axundzadə iclasda vəzifələrin düzgün yerinə yetirilməsini, səhlənkarlıqdan çəkinməyi və xalqla xoş rəftar etməyi vurğulayıb. Baş nazir və onun iqtisadi məsələlər üzrə müavininin iştirakı ilə keçirilən iclasda əvvəlki toplantıda qəbul edilmiş qərarların icra vəziyyəti də araşdırılıb.

