Yeni günəş ili İranda qaz ehtiyatları üzrə layihələrin istifadəyə verilməsi ilə İran Yaxın şərq regionu üzrə ikinci iri qaz ehtiyatına malik ölkəyə çevrilir.
İranın Neft və Qaz portalı (ŞANA)-nın verdiyi məlumata əsasən, İran təbii qaz ehtiyatı üzrə şirkətin rektoru bu gün (cümə axşamı 27 mart) İranın şimal şərqində və Tehranın cənubundakı iki qaz ehtiyatı komplekslərinə baxış keçirdiyi zaman deyib: Cari günəş ilində həmin komplekslərin istifadəyə verilməsi ilə İran Yaxın Şərq bölgəsində ikinci iri qaz ehtiyatına malik olan ölkə və dünya üzrə təbii qazı ehtiyatları baxımından beş ölkədən biri hesab olur.
Məsud Samivənd deyib: İran təbii qaz ehtiyatı şirkəti daxili potensiallara arxalanaraq Səracə və Şuricə qaz ehtiyatı komplekslərinin ən qısa zamanda lahiyələşdirib istifadəyə verməkdə böyük təcrübə vəmüvəffəqiyyət əldə edib.
O açıqlayıb: İran Milli Qaz Şirkəti qaz ehtiyatları layihələrini icra etməklə səy göstərir ki, Böyük İnqilab Rəhbərinin müaqavimət iqtisadiyyatı üzrə göstərişlərini proktiki olaraq həyata keçirsin.