ABŞ prezidenti Ukrayna gərginliyi haqda deyib ki, heç bir hərbi seçim masa üzərində yerləşmir.
İnter Fox-ın məlumatına əsasən, ABŞ prezidenti Barak Obama Rusiya, Avropa İttifaqı, Ameirika və Ukrayna rəsmilərinin iştirakı ilə Cenevrədə keçirilən dördtərəfli iclas haqda deyib ki, ABŞ hökuməti Ukrayna böhranının hərbi çıxış yolla həll edilməsinə fikirləşmir.
Obama müxbirlərə deyib ki, Ukrayna barədə hərbi seçim masa üzərində yerləşmir zira Ukraynada vəziyyət hərbi yol ilə həll ediləsi deyil.
Obama deyib: Hazırda həyata keçrilməsi vacib olan məsələ bundan ibarətdir ki, qeyri-qanuni qüvvələr tərk-silah edilsinlər və dövlət binalarının ələ keçrilməsi dayandırılsın və ukraynalılar arasında milli müzakirələr baş tutsun.
Sözü gedən dördtərəfli iclas ötən cümə axşamı günü (17 aprel) Cenevrədə keçirilib.
Dördtərəfli iclasda əldə edilən anlaşmaya əsasən Ukraynadakı bütün qeyri-qanuni silahlı qruplar tərk silah olunmalıdırlar.
Anlaşmada həmçinin dövlət binalarının, küçələrin və meydanların işğal edilməsinin dayandırılması üzərində təkid edilib.