AsyaDünyaİranXƏBƏRLƏR

İran – Rusiya arasında narkotiklərlə mübarizə genişlənir

İranın Moskvadakı səlahiyyətli səfiri və Rusiyanın Narkotik Maddələrin nəzarətə alınması ürə Federal Təşkilatının sədri son məsələlər və narkotik maddələrlə mübarizə ilə əlaqədar fikir mübadiləsi aparıblar.
İRNA-nın verdiyi məlumata əsasən, Rusia Norkotik Maddələrin nəzarətə alınması üzrə Federal Təşkilatın sədri Viktor İvanov İranın Moskvadakı səfiri Mehdi Sənayi ilə görüşdə, iki ölkə prezidentlərinin məsləhətləşmələrinə toxunaraq, ikitərəf rəsmilərinin iradələrindən asılı olaraq İran ilə Rusiya arasındakı əlaqələrin artıq genişlənməsini vurğulayıb.
İvanov Narkotik maddələrlə mübarizə üzrə nazirlər səviyyəsində iclasın Moskvada keçirilməsi üçün Rusiyanın səylərini açıqlayaraq, beynəlxlaq məşum fenomen ilə mübaizənin aparılmasında İranın əhəməiyyətli rolu üzərində təkid edib, İran İslam Respubalikasının sözü gedən iclasda aktiv şəkildə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
İranın Rusiyadakı səfiri isə narkotik maddələrlə mübarizənin aparılmasında iki ölkənin roluna toxunaraq, Əfqanıstanda istehsal olunan narkotik maddələrdən mənşə alan problemlərin İran və region və dünyanın digər ölkələrinə buraxdığı mənfi təsirlərini bildirərək açıqlayıb ki, narkotik maddələr istehsalının qarşısı alınmalı və onunu yerinə digər əkin məhsullarının istehsalına zəmin yaradılmalıdır.
Sənayi narkotik maddələrin qaçaqmalçılığını beynəlxalq bir problem adlandıraraq deyib ki, bu problemin ortadan qaldırılması üçün ictimai iradə və digər ölkələrin yardımlarına və əməkdaşlıqlarına ehtiyac duyulur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu