43 illik axtarış və intizardan sonra Şazənd rayonunun Turə şəhərindən olan şəhid Fərzənd Ağa Qurbaninin nəşi Sərdəşt bölgəsində aparılan axtarışlar zamanı tapılaraq kimliyi müəyyənləşdirilib.
Şəhid Fərzənd Ağa Qurbani 1 Fərvərdin 1342-ci ildə Şazənd rayonunun Turə şəhərində anadan olub. O, 15 Xordad 1361-ci ildə müddətli hərbi xidmət əsgəri olaraq ordu tərəfindən Sənəndəcə göndərilib və 6 Tir 1362-ci ildə İslam vətənini müdafiə edərkən şəhadətə yetib. Onun nəşi həmin vaxtdan itkin hesab olunurdu.

