Dünya

Yəmən ordusu Bab əl-Məndəbin cənub sahil zolağının tamamını ələ keçirdi

Yəmən ordusu Bab əl-Məndəbin cənub sahil zolağının tamamını ələ keçirdi

Ənsarullahın rəhbərlik etdiyi Yəmən ordusu genişmiqyaslı hücum nəticəsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən qüvvələri dağıdaraq Bab əl-Məndəb boğazının cənub sahil zolağının tamamını ələ keçirdi.

Son iki ay ərzində Bab əl-Məndəb boğazına çıxış əldə etməyə çalışan qruplar ağır itkilərə məruz qaldı. Bu qruplar qərbə doğru irəliləyərkən Ənsarullah onların qarşısında kiçik bir boşluq yaratdı, daha sonra isə arxadan hücum edərək minlərlə əsgər və döyüşçünü məhv etdi, çoxlu sayda texnika və material ələ keçirdi və Ədənə doğru yolu açdı.