8 may, Şuşanın işğalı günüdür
Bu gün, 8 may, Azərbaycan Respublikasının işğal olunmuş rayonlarının əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın işğalının 21-ci ildönümü günüdür.
1992-ci ildə belə bir gündə İran İslam Respublikasının vasitəçiliyi ilə Azərbaycan Respublikasının prezident vəzifəsini yerinə yetirən Yaqub Məmmədovla Ermənistan prezidenti- Levon Ter-Petrosyan arasında sülhün yaradılması üçün müsbət müzakirələrin aparıldığı bir şəraitdə, İran düşmənlərinin göstərişi ilə və Tehranın müzakirələrini məğlubiyyətə uğratmaq üçün Şuşa şəhəri erməni hərbçilər tərəfindən işğal olundu.
Fakt və sübutlara əsasən, bu işğalda ABŞ-ın razılığı ilə Rusiyadan verilən göstərişdən əlavə, Ermənistan və Azərbaycan Respublikası daxilindəki xainlər Şuşanın iğalında əməkdaşlıq etdilər ki, İranın Qarabağ məsələsindəki vasitəçiliyi şübhə altına düşsün.
Şuşanın işğalından sonra Azərbaycan Respublikasında güclü anti-İran təbliğatı baş verdi və İranın bu məsələdə məsuliyyət daşıdığı iddia olundu. Halbuki Rusiya və ABŞ-ın istəklərinin əksinə olaraq, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdılar.
Azərbaycanın bu qədim, zəngin tarix və mədəniyyətə malik şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.
Şuşanın işğalı nəticəsində 480 günahsız şəxs qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd-yuvasından didərgin düşüb. Əsir götürülmüş 68 nəfərin taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.