İbrani mediasına məxsus Jerusalem Post qəzeti ABŞ-ın kəşfiyyat qiymətləndirmələrinə əsaslanan hesabat yayıb. Hesabatda Donald Trampın açıqlamalarının əksinə, İranın hələ də əhəmiyyətli raket ehtiyatlarına malik olduğu iddia edilir.
ABŞ qiymətləndirmələrinə əsasən, İran genişmiqyaslı hücumlar həyata keçirmək üçün 2 500-dək raketə sahibdir. Tehranının raket ehtiyatlarının bərpası və gücləndirilməsi məsələsi Tramp administrasiyasının mümkün hücumların yenidən başlanması ilə bağlı qiymətləndirmələrində nəzərə alınıb.



