DünyaXƏBƏRLƏR

97 müsəlmanı aclıqdan həlak olub

Myanmada müsəlmanlara qarşı davam edən zorakılıqlardan xilas olmaq üçün dəniz yolu ilə ölkəni tərk etməyə çalışan 97 Ruhinqa müsəlmanı 25 gün davam edən dəniz yolçuluğunun sonunda acından həlak olublar.
Ötən həftə Şrilanka sahillərində ölümdən xilas olmağı bacaran 33 Ruhinqa müsəlmanının bildirdiyinə görə, onlar qayıqla Malayziyaya doğru hərəkət edirmişlər. Amma, Taylandın dəniz qüvvələri onları izləyərək, qayıqlarının motorunu əllərindən alıb.  Səhər kanalının internet saytının məlumat ına görə, Xilas olmağı bacaranlar bildiriblər ki, 25 gün ac və susuz dənizdə sərgərdan qaldıqdan sonra Şrilanka dəniz qüvvələri onları şənbə günü bu ölkənin sahil sularında xilas ediblər.
Myanma hökuməti və bu ölkənin ifratçı buddistləri Myanma müsəlmanlarının vətəndaşlıq hüquqlarını tanımır və iddia edirlər ki, 800 min Myanma müsəlmanı əslində qeyri-qanuni mühacirdir.
Ruhinqa müsəlmanlarının İran, türk, patan və benqal əsilli müsəlmanlar olduqları bildirilir ki, 8-ci əsrdə Myanmaya mühacirət ediblər.
BMT-nin bildirdiyinə görə, 2012-ci ilin yayında Myanamada müsəlmanlara qarşı başlayan zorakılıqlarda indiyə kimi 100 min Ruhinqa müsəlmanı didərgin düşüb, minlərlə nəfər də öldürülüb.
Myanamda müsəlmanlara qarşı dözülməz vəziyyət hələ də davam edir.
Ruhinqa müsəlmanları uzun illərdir ki, Myanma hökuməti və ifratçı buddistlər tərəfindən zorakılıqlara, işgəncələrə və haqsızlıqlara məruz qalırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu